Bakıya yeni hərbi prokuror təyin edilib - Zakir Qaralovdan əmr

img

04-07-2019 [11:49]


Bakıya yeni hərbi prokuror təyin edilib.

Bununla bağlı Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, ədliyyə polkovniki Rzayev İlyas Ramiz oğlu Bakı şəhərinin hərbi prokuroru vəzifəsinə təyin olunub.

Bundan əvvəl o, Hərbi Prokurorluğunun Silahlı Qüvvələrin Təhqiqat orqanları və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsində qulluq keçib.

Faktı Hərbi prokurorun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev təsdiq edib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA