Azərbaycanın şimal bölgəsində leysan yağışları fəsadlar törədib

img

02-07-2019 [13:19]


Azərbaycanın şimal bölgəsinə yağan leysan yağışları bir sıra fəsadlar törədib. 

Quba və Xaçmaz rayonlarında çaylarda suyun səviyyəsi artıb. 

Eyni zamanda Qubanın Vəlvələ və Qudyal çaylarının sahilindən keçən hissəsində olan yüksək gərginlikli elektrik dirəklərini sel suları aşırıb. Həmçinin Xaçmazın Qarğalıq kəndindən keçən hissəsində Qaraçay çayı məcrasından çıxaraq yaşayış məntəqəsinin bir hissəsindəki küçələrə və yola axıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA