XİN başçısının müavini: “Gürcüstan və Rusiya arasında danışıqlar daha da çətinləşib”

img

02-07-2019 [18:56]


"Rusiya-Gürcüstan münasibətlərinin ümumi fonuna görə Cenevrə danışıqları daha da çətinləşib”.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Cenevrə danışıqları formatında Gürcüstan nümayəndə heyəti işğal altında olan ərazilərdə humanitar vəziyyətə dair məsələləri qaldıracaq.

L.Darsalia Cenevrədə Gürcüstan və Rusiyanın rəsmi şəxsləri arasında keçirilən görüşdə iştirak edir. Bugünkü texniki görüşdən sonra sabah Cenevrə formatının iştirakçıları danışıqların 48-ci mərhələsini keçirəcəklər.

Qeyd edək ki, Gürcüstan və Rusiya arasında Cenevrə danışıqları 2012-ci ildən etibarən aparılır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA