UNESCO-nun tədbirində Azərbaycanın milli parkları və palçıq vulkanlarına həsr olunmuş guşə nümayiş etdirilir

img

02-07-2019 [15:52]


UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası bu gün də öz işini davam etdirir. 

"Report"un məlumatına görə, sessiyada müzakirə olunan mövzular arasında mədəni, tarixi və təbiət abidələrinin qorunmasının beynəlxalq əhəmiyyəti məsələsi də yer alıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyininn Azərbaycanın milli parkları və palçıq vulkanlarına həsr olunmuş guşəsi də sessiyada nümayiş etdirilir. Sessiya iştirakçıları Nazirliyin təqdim etdiyi guşə ilə tanış olur və qonaqlara Azərbaycanın milli parkları haqqında məlumat daşıyıcı bukletlər paylanılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA