Gömrük orqanına bəyan olunmayan qəlyan üçün tütün məmulatları ölkəyə buraxılmayıb

img

02-07-2019 [15:10]


Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən "Samur" gömrük postunun ixrac gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz 0303" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Komitədən "Report”a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindən gömrük orqanına bəyan olunmayan 60 ədəd 1 kq-lıq dəmir qablaşdırmada qəlyan üçün tütün aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA