Peşə liseyinin direktoruna AAK-da yüksək vəzifə verildi - Ekspert sədrlə rektorun təfəkkürünü sorğulayır

img

02-07-2019 [09:55]


"Cəfər Cəfərovun rektor yeri Azərbaycan Turizm İnstitutundan APİ-yə dəyişdirildikdən sonra Turizm institutunun əksər əməkdaşları APİ-yə aparıldı. Ali Attestasiya Komissiyasının sədri Famil Front oğlu Mustafayev isə Dövlət Peşə Təhsili Agentliyinin rəhbəri lşlədiyindən Peşə liseyindəki adamlarını AAK-a daşıyır". 

Mia.az xəbər verir ki, bu sözləri təhsil üzrə ekspert Etibar Əliyev deyib.

O bildirib ki, AAK-ın yeni sədri artıq 4 saylı Peşə liseyinin direktoru Qabil Həsənov AAK-ın Ümumi şöbəsinin müdiri təyin edib: "Qabil müəllimin yaşı da rəvandır - 64 yaşı var". 

Sonda ekspert maraqlı sual da qoyub: "Sizcə Cəfər Cəfərov təfəkkürdə irəlidir, yoxsa Famil Mustafayev?"

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA