İcra başçısı 220 minlik maşın sevdasına belə reaksiya verdi: "2 ildir müavinimin xidməti maşını yoxdur"

img

01-07-2019 [14:23]


Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı Aqil Məmmədov  tender yolu ilə "Mercedes Benz S 350” xidməti avtomobilin almaq niyyətləri haqda cəmiyyətdə yaranan etiraza qəribə məntiqlə reaksiya verib.

Mia.az-ın məlumatına görə, Aqil Məmmədov unikal.org-a açıqlamasında bildirib ki, dövlət tərəfindən icra hakimiyyətinə 55 min manat xidməti avtomobilin alınması üçün pul ayrılıb: 

"2 ildir ki, müavinimin xidməti avtomobili yoxdur. Dövlət bücəsindən xidməti avtomobilin alınması üçün 55 min manat pul ayırldı. Təklif etdim ki, sözügedən məbləğə 2010-cu ilin buraxılışı olan "Mercedes Benz S 350” avtomobili alınsın. İcra hakimiyyəti bunun üçün tender komissiyasına müraciət etdi və tender elan olundu”. 

Aqil Məmmədov  vurğulayıb ki, artıq sözügedən xidməti avtomobil dəyəri büdcələrinə uyğun olmadığı üçün təxirə salınıb: 

"Tenderdə hələlik sözügedən avtomobillər təklif olunmayıb. Təklif olunan avtomobillərin qiyməti çox bahadır. Ona görə, "Mercedes Benz S 350” avtomobilin alınmasını təxirə saldıq”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA