Sabah Günəş tutulması baş verəcək

img

01-07-2019 [11:12]


Sabah Günəş tutulması (tam tutulma) hadisəsi baş verəcək.

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının İctimai əlaqələr şöbəsinin rəhbəri Orxan Salehli "Report"a bildirib ki, Günəşin tam tutulması iyulun 2-3-nə təsadüf edəcək. 

Bu təbiət hadisəsi iyulun 2-si yerli vaxtla saat 20:55-də başlayacaq və iyulun 3-ü saat 01:50-də başa çatacaq.

Günəş tutulması Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək. Təbiət hadisəsini Azərbaycanda müşahidə etmək mümkün olmayacaq.  

Növbəti tutulma dekabrın 26-na təsadüf edəcək.

Qeyd edək ki, ilk Günəş tutulması bu ilin yanvarın 6-da qeydə alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA