İcra başçısı 130 min dollarlıq xidməti maşın alır - Tender elanı

img

30-06-2019 [13:29]


Kəlbəcər Rayon İcra Hakimiyyəti qurumun aparatı üçün Mercedess Benz S350 model minik avtomibilinin alınması üçün tender elan edib.

Bununla bağlı icra hakimiyyəti rəsmi qəzetlərdə tender elanı yayıb. 

Bundan sonra məcburi köçkün rayonu olan Kəlbəcərin icra hakimiyyətinin belə bahalı avtomobil almaq niyyəti tənqid olunub.

Sosial şəbəkələrdə qeyd edilib ki, məcburi köçkünlərin böyük əksəriyyətinin ehtiyac içində olduğu bir vaxtda icra başçısının belə maşın alması və bunu elan olaraq yayması doğru deyil.

Qeyd edək ki, sözügedən avtomobilin yeni modelinin satış qiyməti 130 min dollardan başlayır/Yenisabah.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA