İcra başçısı sakinlərlə görüşdü, müvafiq tapşırıqlar verdi - FOTOLAR

img

28-06-2019 [16:43]


Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirib.

İH-dən Mia.az-a verilən məlumata görə, qəbulda  İ.Qasımov küçəsi, C.Məmmədquluzadə küçəsi, C.Səlimov küçəsi və digər ünvanların sakinlərinin müraciətləri dinlənilib.

Sakinlərdən Məmmədov Rasim, Əhmədova Mahidə, Əliyeva Təranə, Əhmədov Vidadi, Hacıyeva Gülnarə, Əsgərov Hacı və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması, yaşadıqları məhəllənin köhnə evlərdən ibarət olduğu üçün ərazinin pilot layihəyə salınması, su xəttinin təmir olunması, ağacların budanması, həyətin abadlaşdırılması barədə müraciətlər ediblər.

Qəbul zamanı sakinlər Prezident İlham Əliyevin  imzaladığı fərman və sərəncamlarla vətəndaşlarımızın sosial rifahının daima yaxşılaşdırlmasının, minimum əməkhaqqının 250 manata çatdırılması, bütün mərkəzi və yerli dövlət orqanlarının,  büdcə təşkilatları işçilərinin əməkhaqlarının 40 faiz artırılmasının yüksək əhval-ruhiyyə ilə qarşılandığını xüsusi qeyd etmiş, atılan addımlara görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Qəbulun gedişində Nəsimi rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlimatlar verilmiş, sakinləri maraqlandıran digər məsələlər barədə söhbət aparılıb.

 Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxsləri iştirak edib, müraciətlərlə bağlı onlara müvafiq tapşırıqlar verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA