27-06-2019 [20:29]
Xırdalan şəhərində "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Qadınların radikal dini cərəyanlar barədə maarifləndirilməsi mövzusunda tədbirlərin təşkili"layihəsi çərçivəsində "Radikal dini cərəyanlar: Qadınları onların təsirlərindən necə qorumalı?" mövzusunda ictimai müzakirə təşkil edilib.
Mia.az xəbər verir ki, İB-nin və layihənin rəhbəri Ülkər Abdullayeva radikal dini cərəyanlar, onların dünyadakı və ölkəmizdəki təsirlərindən bəhs edib.
"Radikal dini şəbəkələrin əməllərindən ən çox əziyyət çəkənlər məhz qadınlardır. Onlar qadınlara qarşı aşırı dərəcədə sərt davranışlar nümayiş etdirir, onları kişilərin köləsi sayır, cinsi və digər cəhətlərdən istismar edir, işgəncələr verir, əsassız ittihamlarla yarğılayır, şikəst edir, insan alverinin qurbanına çevirir və qətlə yetirirlər. Bir çox hallarda qadınlar bu cərəyanların təlqin etdiyi xürufata inanır, onların insanlığa zidd aksiyalarının icraçısına və qurbanına çevrilirlər. Son illərdə Yaxın Şərq və Cənubi Asiyada, o cümlədən, qardaş Türkiyədə beyni yuyulmuş, mövhumat və xürufatla doldurulmuş müsəlman qadınlardan canlı bomba kimi istifadə hallarının sayı artıb. Əl-Qaidə, İŞİD, Taliban və s. beynəlxalq terror şəbəkələri müxtəlif yollarla (təbliğat, maddi şirnikləndirmə, şantaj, təhdid və s.) öz sıralarına qadınları cəlb edir, onlardan öz mənfur əməllərini həyata keçirmək üçün istifadə edirlər” – deyə Abdullayeva bildirib.
O, son illərdə Yaxın Şərqdə, xüsusilə də Suriya və İraq ərazilərində gedən hərbi əməliyyatlara azərbaycanlıların, o cümlədən qadınların cəlb edildiyinin sirr olmadığını vurğulayıb. Qeyd edib ki, radikal dini şəbəkələrin üzvləri mütəşəkkil qaydada internet resurslarından, sosial şəbəkələrdən istifadə edərək öz ideoloji baxışlarını cəmiyyətə yeritməyə, zərif cinsin nümayəndələrini öz torlarına salmağa çalışırlar: "Bəzən onların bu cəhdləri bəhrəsini verir. Respublikamızda nəinki radikal dindarların ailədəki qadınları öz əməllərinə alət etdiyi hallar var, eyni zamanda öz ailəsini, doğmalarını atıb radikal dini təşkilatlara qoşulan qadınlar da var. Radikallar bir çox hallarda qadınların maarifsizliyindən, cahilliyindən, maddi imkansızlığından istifadə edərək, onları dini xürufata sürükləyir, öz qlobal torlarına sala bilirlər".
Qadın məsələləri üzrə ekspert Nərmin Şamilbəyli tədbir iştirakçılarına radikal dini qruplaşmalar, onların iş prinsipləri, qadınları necə öz qlobal torlarına saldıqları barədə ətraflı məlumat verib.
Tədbirdə BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı Azərbaycanın böyük xeyriyyəçisi və maarifpərvəri Hacı Zeynalabdin Tağıyevin "Bir kişiyə təhsil versən, təhsilli bir insan, qadına təhsil versən təhsilli bir ailə qazanarsan” fikrini sitat gətirərək qeyd edib ki, cəhalətdən xilas olmaq, dövlətimizi qorumaq, gücləndirmək üçün qadınlarımıza təhsil verməliyik.
"Dünyada 5 minə yaxın xalq var, amma onların yalnız 200-ü öz dövlətini qura bilib. Azərbaycan xalqı da yüz il əvvəl müsəlman şərqində ilk respublikanı qurub, baxmayaraq ki, onun ömrü cəmi 23 ay olub. O dövləti quranlar məhz maarifçilər, savadlı həmvətənlərimiz idi. Artıq 30 ilə yaxındır bizim müstəqil dövlətimiz var. Bu dövlətin uzunömürlü, güclü olması məhz xanımlarımızdan asılıdır. Onlar nə qədər cəhalətdən, dövlətin əsaslarını sarsıdan radikal qruplardan uzaq dursalar, nə qədər çox təhsil alsalar, dövlətimiz bir o qədər güclənər və inkişaf edər” – deyə Orduxanlı əlavə edib. Bəzi dini cərəyanların təsiri altında olan xanımların təhsildən uzaq düşdüyünü vurğulayan natiq, Abşeron rayonunun hazırklı icra başçısı İradə Gülməmmədovanın qadınların təhsilinə xüsusi diqqət ayırmasını təqdir edib.
Abşeron rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar şöbəsinin müdir müavini Vüqar Bəşirov belə bir önəmli, maarifləndirici tədbiri məhz onların rayonda keçirdiyi üçün "Qadın Liderliyi Uğrunda” İB-yə təşəkkür edib.
Tədbirdə Güzdək qəsəbəsində yerləşən "Rəsulillah” məscidinin imamı Hacı Mirkazım Kazımov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin məsləhətçisi Şahlar Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin Sumqayıt Cümə Məscidinin imam köməkçisi, İslam Universitetinin pedaqoqu Əli Şərbətov çıxış ediblər. Onlar radikal dini cərəyanların zərərlərini anladaraq, Azərbaycandakı multikultural mühiti yüksək qiymətləndiriblər.
İslamda radikallığa meyllərin yaranmasının səbəblərini izah edən natiqlər, bunun acı nəticələrinin Əfqanıstanda, Pakistanda, Suriyada, İraqda, İranda və digər müsəlman ölkələrində özünü qorxunc şəkildə biruzə verdiyini bildiriblər. Onlar cəmiyyətin ana sütununu təşkil edən qadınları belə cərəyanlardan uzaq durmağa, istər virtual, istərsə də canlı ünsiyyət vasitəsiləri ilə belə qurumların toruna düşməməyə çağırıblar
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi