Oğurlanan 2.5 milyonluq saata sahiblənən yoxdur - İngilislər isə məsxərəyə qoyublar

img

27-06-2019 [18:01]


Xəbər verdiyimiz kimi, İspaniyanın İbiza adasında 22 yaşlı azərbaycanlı turistin 2.5 milyon manatlıq qol saatı zorla əlindən alınıb.

Mia.az xəbər verir ki, bu xəbərdən sonra mətbuatda və sosial şəbəkələrdə həmin saatın Dövlət Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun 1997-ci il oktyabr təvəllüdlü oğlu Sübhan Məmmədliyə məxsus olduğu deyilsə də, bu haqda iddianı agentliyin mətbuat katibiliyi təkzib etdi. Lakin sosial şəbəkələrdə bu təkzib səmimi qəbul olunmur.

Bundan sonra həmin saatın  milyonçu Fərhad Əliyevin oğluna məxsus olunması haqda Virtualaz.org xəbər yaysa da, sonrada aydın oldu ki, milyonçunun ümumiyyətlə, 22 yaşlı oğlu yoxdur. 

Bu arada isə 2.5 milyonluq saat oğurluğu ilə bağlı xəbəri yayan Böyük Britaniyanın "Daily Mail” qəzetinin şərh bölməsinə çoxsaylı şərhlər göndərilib.

Bu barədə açıqlama verən jurnalist Cavanşir Həsənli onlardan bir qismini təqdim edib: 

- "22 yaşlı azərbaycanlı turist, məmur oğludur güman ki, xalqdan oğurluq edir. Hazırda İngiltərədə daha biri var. İstintaq aparılır. Londondakı aktivləri müsadirə olunur. Amma milyon funtluq saat ehtimalla ölkəsindən oğurlanmış pul ilə alınıb. Yəqin ki, sabah başqa birini satın alacaqlar”.

- "Heç bir saat 1 milyon dəyərində deyil. Heyrət! İnsan irqindən bəziləri həqiqətən də öz sahibi olmalıdır”.

- "Bu bir saat... 1 milyona... Bu, əxlaqsızlıqdır”.

- "22 yaşlı oğlan super zəngindir...”

- "Məmur atası ona yeni bir saat alacaq, narahat olmayın”.

- "Mənim avtomobilim bir milyon dollar dəyərində deyil... Axmaq” 

"Azərbaycana nə qədər xarici yardım göstəririk? Belədirsə, 30 yaşındakı uşaqlar bu qədər zəngindirsə, ölkə özünə baxa bilər”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA