Biləsuvardakı gömrük postunda yanğın: maşınlara zərər dəydi

img

26-06-2019 [17:27]


Bu gün Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar rayonundakı gömrük postunun yaxınlığında yerləşən avtomobil dayanacağında yanğın baş verib.

Mia.az DGK-nə istinadla bildirir ki, dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısı qısa zaman ərzində alınıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, dayanacağın ərazisində yerləşən bir neçə avtomobilə maddi ziyan dəyib. 

Hazırda müvafiq qurumlar tərəfindən yanğının başvermə səbəbləri araşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA