Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib - Brüsseldə

img

26-06-2019 [16:03]


Azərbaycan Silahlı Qüvvələrinin yaranması və ölkəmizlə NATO arasında tərəfdaşlığın 25-ci ildönümü münasibəti ilə Azərbaycan Respublikasının Şimali Atlantika Alyansı Təşkilatı yanında Nümayəndəliyi tərəfindən Brüssel şəhərində yerləşən NATO-nun mənzil qərargahında rəsmi ziyafət və foto sərgi təşkil olunub.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, tədbirdə NATO-nun üzv və tərəfdaş ölkələrinin Alyans yanındakı səfirləri, hərbi nümayəndələri, diplomatik korpusun üzvləri, NATO-nun Beynəlxalq Qərargahının və Beynəlxalq Hərbi Qərargahının üzvləri, NATO-nun Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığı (SHAPE) Qərargahının rəsmiləri iştirak ediblər.

Tədbir zamanı qonaqlara Azərbaycan Silahlı Qüvvələrinin yaranması və inkişaf tarixi ilə yanaşı, Azərbaycanın NATO ilə 25 illik çoxşaxəli əməkdaşlığı, sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhə və təhlükəsizliyə verdiyi töhfə və Avro-Atlantik məkanda sülhə nail olmaq istiqamətində həyata keçirdiyi uğurlu fəaliyyətlər barədə məlumatlar verilib.

Rəsmi qəbul zamanı, qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA