Bakıda isti, rayonlarda yağış olacaq - Sabahın hava proqnozu

img

23-06-2019 [12:37]


İyunun 24-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Səhər bəzi yerlərdə zəif duman gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Mia.az ETSN-ə istinadla bildirir ki, sabah havanın temperaturu gecə 21-25° isti, gündüz 32-36° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti təşkil edəcək. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-65 %, gündüz 30-35 % olacaq. 

Abşeron çimərliklərində gözlənilən hava şəraiti Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba): Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx): Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava, əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 14-18° isti, gündüz 22-27° isti təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA