Zakir Qaralov yeni hərbi prokurorlar təyin etdi

img

21-06-2019 [16:51]


Füzuli rayonuna yeni hərbi prokuror təyin olunub.

Bu barədə Baş prokuror Zakir Qaralov əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə polkovniki Hacıyev Elçin Süleyman oğlu Lənkəran rayon hərbi prokuroru vəzifəsindən azad edilərək Füzuli hərbi prokuroru vəzifəsinə təyin olunub.

Faktı Respublika Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyev təsdiq edib.

Qeyd edək ki, Z. Qaralaovun digər əmri ilə ədliyyə polkovniki Əhmədov İmran Ələsgər oğlu Lənkəran hərbi prokuroru vəzifəsinə təyin olunub/Trend.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA