"Qırmızı Körpü"də siqaret və araqla bağlı əməliyyat keçirildi

img

21-06-2019 [16:05]


Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ-21099" markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Mia.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. 

Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəticədə minik maşınının arxa və ön oturacaqların içərisində və yük yerində gizlədilən 2000 ədəd "Marlboro" markalı siqaret, hər biri 0.7 litr olan, üzərində "Çistıye Rosı" yazılan 15 ədəd spirtli içki aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA