21-06-2019 [14:07]
Prezident İlham Əliyev 20 iyunda imzaladığı sərəncamla Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, general-mayor Əli Nağıyevi Dövlət Təhlükəsizlik Xidmətinə rəis təyin etdi.
Mia.az xəbər verir ki, vaxtilə Müsavat Partiyasının fəallarından olan, hazırda Qarabağ Komitəsində təmsil olunan təhlükəsizlik məsələləri üzrə eskpert, keçmiş Milli Təhlükəsizlik Nazirliyində çalışmış İlham İsmayıl Modern.az-a açıqlamasında bu təyinatı belə qiymətləndirib:
"Nəhayət ki, 2004-cü ildən bəri – 15 il sonra bu vəzifəyə ən uyğun, ən peşəkar şəxs təyin olundu. 15 il ərzində bu vəzifədə polis işçiləri olub. Bunun fəsadlarını da hamı bilir. Əli Nağıyev əməliyyat işçisi vəzifəsindən -leytenantlıqdan başlayaraq, xüsusi xidmət orqanlarında işləyib. Əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, idarə rəisi, müavin səviyyəsinədək yüksəlib.
Yeri gəlmişəkən, biz Əli Nağıyevlə birlikdə Çaykənd əməliyyatından indiki Goranboy rayonunun ərazisində Manaşit, Buzluq, Erkəc kəndlərinin erməni quldurlarından azad edilməsində çiyin-çiyinə vuruşmuşuq. Yəni adamın həm əməliyyat təcrübəsi var, həm anti-terror fəaliyyəti var. Bir sözlə, 15 il sonra bu vəzifəyə peşəkar şəxs tapdılar.

Tapdılar deyəndə ki, Əli Nağıyev onsuz da var idi. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq rəhbəri Eldar Mahmudov tərəfindən o sistemdən uzaqlaşdırılmışdı. Çünki Əli Nağıyev peşəkarlığı ilə Eldar Mahmudova mane olurdu. Eldar Mahmudov qeyri-peşəkar biri idi. Hələ Eldar Mahmudov vəzifəsindən uzaqlaşdırılanda jurnalistlər məndən soruşanda ki, "bu vəzifəyə kim gətirilməlidir?”, mən həm tituluna, həm vəzifəsinə, həm də peşəkarlığına görə Əli Nağıyevi gördüyümü söyləmişdim”.
İ.İsmayıl qeyd edib ki, Əli Nağıyevin təyinatından sonra ölkənin təhlükəsizliyi istiqamətində atılacaq addımlar daha da möhkəmlənəcək: "Bu addımlar Eldar Mahmudov vəzifədən uzaqlaşdırıldıqdan sonra DTX rəisi Mədət Quliyev və onun müavini İsmayıl Bağırov tərəfindən aparılırdı. Onlar 3 il yarım ərzində kifayət qədər işlər gördülər və müəyyən dəyişikliklərə nail oldular. Yəni Azərbaycan dövlətinin təhlükəsizliyilə bağlı əsaslı işlər görülüb. Əminəm ki, onlar tərəfindən start verilən işlər daha peşəkar şəkildə davam etdiriləcək. Əsas məsələ sözün əsl mənasında dövlətin təhlükəsizliyini qorumaqdır. Biri var təhlükəsizliklə yanaşı tamamilə başqa, kompitensiyaya uyğun olmayan işlərlə də məşğul olurlar, necə ki, bunu Eldar Mahmudovun timsalında gördük. İşi-peşəsi nazirlərdən, məmurlardan pul yığmaq olan biri dövlətin təhlüksizliyinə təhlükədir. Biri də var, işi sözün əsl mənasında peşəkara həvalə etmək. Biz Əli Nağıyevlə eyni vaxtda işləmiş adamlarıq. Mən Şəmkir rayonunda rəis olanda, Əli Nağıyev Nərimanov rayonunda rəis idi. Ona bu çətin işində uğur arzulayıram”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi