Bakıda məşhur restoranlar cərimə edildi - SİYAHI

img

21-06-2019 [12:28]


Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Bakının Xəzər rayonu ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə reyd keçirib. 

DİN-in Mətbut xidmətindən Mia.az-a verilən məlumata görə, reydlər zamanı "Siti Bich”, "Karvan Palace” və "Xəzər” istirahət mərkəzlərinin ərazilərində məişət tullantılarının qalaqlanması faktları aşkar olunub.

Qeyd olunan istirahət mərkəzlərinin icarədarları İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə barələrində protokollar tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA