Ramil Usubovun yeni vəzifəsi haqda - Detallar

img

21-06-2019 [10:21]


Ötən gün prezident İlham Əliyev Ramil Usubovu Daxili İşlər naziri vəzifəsindən azad edərək Azərbaycan Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edib.

Mia.az xəbər verir ki, Ramil Usubovun katib təyin olunduğu Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqandır. 

Təhlükəsizlik Şurası vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində Prezidentin öz Konstitusiya səlahiyyətlərini həyata keçirməsinə şərait yaradılmasını təmin edir.

Prezidentin sədrlik etdiyi Təhlükəsizlik Şuranın tərkibinə aşağadakı vəzifə daşıyıcıları daxildir:

Vitse prezident

Milli Məclisin sədri 

Baş nazir 

Prezidentin Administrasiyasının rəhbəri 

Baş prokuror

Dövlət müşavirləri

Baş prokuror

Xarici işlər naziri

Müdafiə naziri

Dövlət təhlükəsizlik xidmətinin rəisi

Daxili işlər naziri

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA