General rəisi işdən çıxardı - Yeni təyinat

img

20-06-2019 [22:30]


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) kadr dəyişikliyi olub.

Mia.az Reyting.az-a istinadla xəbər verir ki, SHXÇDX rəisi, general-leytenant Arzu Rəhimovun əmri ilə Sabunçu İdarəsinin rəisi Babayev Rövşən Əlixan oğlu tutduğu vəzifədən kənarlaşdırılıb. 

Xidmət rəisinin digər əmri ilə Sabunçu İdarəsinin rəisi vəzifəsinə Çingiz Kişibəyov təyin edilib. 

Ç.Kişibəyov bu təyinata qədər SHXÇDX-nin baş idarəsində çalışıb.

SHXÇDX-dan xəbəri Reyting.az-a təsdiqləyiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA