Spiker sabiq deputatın oğlunun vəzifəsini yüksəltdi

img

19-06-2019 [13:53]


Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu, sabiq millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədova Milli Məclisdə yeni vəzifə verilib. 

Məlumata görə, dünən Azərbaycan Respublikası Milli Məclisi Aparatında və İşlər İdarəsində  inzibati vəzifə tutan bir qrup dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi haqqında  sərəncam imzalanıb. 

Sərəncamda Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin əməkdaşı Aynar Elton oğlu Məmmədovun da adı qeyd olunur. Bu gündən Aynar Məmmədov sözügedən şöbənin baş müşaviri vəzifəsində çalışacaq.

Məsələ ilə bağlı Elton Məmmədov  bildirib ki, Aynar Məmmədov uzun illərdir Milli Məclisdə çalışır: "Əvvəl kiçik məsələhətçi, sonra kiçik müşavir, bu gündən isə baş müşavir vəzifəsində öz işini davam etdirəcək”.

Unikal.org

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA