PA rəhbəri Ramiz Mehdiyev Rusyada: Patruşevlə müzakirə aparılıb

img

18-06-2019 [18:22]


Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Ufa şəhərində keçirilən X təhlükəsizlik məsələlərinə məsul yüksək rəsmilərin beynəlxalq görüşü zamanı danışıqlar aparıblar.

"İnterfax” xəbər verir ki, görüş zamanı iki ölkənin güc qurumları və xüsusi xidmət orqanlarının qarşılıqlı fəaliyyəti, həmçinin bu ilin sonunadək təhlükəsizlik sahəsindəki əməkdaşlıq planı müzakirə olunub.

Qeyd edək ki, bənzər görüş Rusiya tərəfi ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında da keçirilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA