Nazirlə səfir görüşdü - Çinin Müdafiə naziri Azərbaycana gələcək

img

14-06-2019 [15:36]


Bu gün Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycandakı diplomatik fəaliyyəti başa çatan Çinin fövqəladə və səlahiyyətli səfiri Vey Cinhuan ilə görüşüb.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, Azərbaycan ilə Çin arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayan Müdafiə naziri bunun gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.

Ölkəmizdə diplomatik fəaliyyəti müddətində Azərbaycan-Çin hərbi əlaqələrinin genişləndirilməsində göstərdiyi səylərə görə səfirə təşəkkürünü bildirən general-polkovnik Z.Həsənov ona gələcək işlərində də uğurlar arzulayıb.

Diplomat isə, öz növbəsində, ölkəmizdən xoş təəssüratlarla ayrıldığını, Azərbaycan dövlətinin və xalqının daim səmimi dostu olaraq qalacağını bildirib.

Görüşdə, həmçinin ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq, o cümlədən Çinin Müdafiə nazirinin Azərbaycana planlaşdırılan səfəri ilə bağlı fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA