13-06-2019 [17:42]
"Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilən layihələrdən biri "Uşaq Qaynar Xətt” xidmətidir.
Şirkətdən Mia.az-a verilən məlumata görə, uşaqlarla iş sahəsində geniş təcrübəyə malik olan psixoloqlar, hüquqşünaslar və sosial işçilərdən ibarət heyətə malik "Qaynar Xətt” xidmətinin əsas məqsədi uşaqlara ilkin psixoloji yardımın, emosional dəstəyin, habelə müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirmə və təxirəsalınmaz köməyin göstərilməsidir.
Təkcə bu ilin may ayı ərzində xidmətdən yararlanan uşaqların sayı 421 nəfər təşkil edib. Bu müraciətlərdən 217-si təhsil, 33-ü psixoloji, 7-si səhiyyə, 35-i sosial,39-u hüquqi problemlərlə bağlı olub. Onu da qeyd edək ki, müraciətlərdən 370-i 18 yaşdan yuxarı, 48-i isə 18 yaşdan aşağı vətəndaşlarımıza aiddir. Ümumilikdə, yanvar- may ayları ərzində "Uşaq Qaynar Xətt” xidmətinə 1603 zəng daxil olub. 2010-cu ildən 2019-cu ilin iyun ayına qədər isə xidmətdən 37 895 uşaq yararlanıb.
"Uşaq Qaynar Xətt”inin ölkənin istənilən nöqtəsində əlçatan olmasını təmin etmək üçün, Azercell şirkətinin təşəbbüsü ilə 2017-ci ildə İOS və Android əməliyyat sistemlərini dəstəkləyən mobil tətbiqi istifadəyə verilib. 2018-ci ilin iyun ayının 13-dən isə xidmətin Göygöl ofisi fəaliyyətə başlayıb. Mərkəz Göygöl rayonunun sakinləri ilə yanaşı, ətraf rayonlarda (Goranboy, Gəncə, Şəmkir, Qazax, Ağstafa) yaşayan uşaqlara da xidmət göstərir.
Qeyd edək ki, "Azercell Telekom” MMC-nin dəstəyi, "Ümidli Gələcək İctimai Birliyi”nin təşkilatçılığı ilə 24 saat fəaliyyət göstərən "Uşaq Qaynar Xətt” xidmətinə həm şəhərdaxili, həm də Azercell nömrələrindən edilən zənglər ödənişsizdir. (012) 480 22 80, (050) 680 22 80, (051) 880 11 80, (051) 880 22 80 və (051) 580 22 80 nömrələri ilə günün istənilən saatında Qaynar Xətt Xidmətinə müraciət etmək imkanı yaradılıb. Xidmət haqda ətraflı məlumatı www.usaqxetti.az internet səhifəsindən əldə etmək mümkündür.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi