Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı rayonda 40 infrastruktur layihə həyata keçiriləcək

img

13-06-2019 [17:19]


Bu il Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda 40 infrastruktur layihə həyata keçiriləcək.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Qardabani bələdiyyəsində rayon icra başçısının müavini Revaz Eqadzenin rəhbərliyi altında keçirilən görüşdə bildirilib.

Toplantıda dövlətin maliyyələşdirdiyi kəndlərə dəstək proqramı çərçivəsində rayonda reallaşdırılacaq layihələr müzakirə olunub.

Bildirilib ki, Gürcüstan hökuməti Qardabanidə həyata keçiriləcək layihələr üçün maliyyəni iki dəfə artıraraq 662 min lari (240 min dollardan çox) vəsait ayırıb. Bu layihələrə əsasən, kəndlərdə yerləşən məktəb, stadion, bağça, mədəniyyət evləri, park və bağlarda təmir-bərpa işləri daxildir.

İnfrastruktur layihələrin icrasına iyunun 20-də başlanılacaq və avqustun 20-də yekun vurulacaq. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA