Azərbaycan sərhədçiləri 5 km 100 m uzunluğunda dövlət bayrağı hazırlayıb - FOTO

img

13-06-2019 [14:54]


Azərbaycan sərhədçiləri 15 iyun - "Milli Qurtuluş gü­nü”nün 26-cı ildönümünü ənənəvi olaraq yüksək səviyyədə qeyd edirlər.

Mia.az Dövlət Sərhəd Xidmətinə istinadla xəbər verir ki, xidməti tərəfindən bu münasibətlə "Vətənə xidmət – andımız, amalımızdır!” şüarlı möh­təşəm bay­raq yürüşü təşkil edilib.

Dövlət müstəqilliyimizin rəmzi və hər bir azər­baycanlının qü­rur mən­bəyi olan, 5 km 100 m uzunluqda Dövlət Bayra­ğımızı irəlidə generallar və zabitlər olmaqla 5000 nə­fər­ heyət çiyinləri üzərində daşıyıblar.

Yürüş iştirakçılarının önündə gedən Qarabağ atlarının sər­hədçi süvariləri mü­qəddəs döv­lət bay­rağımızı başları üzərində ucaldıblar.

Yürüş boyu yerləşdirilmiş zirehli döyüş tex­­ni­­ka­larında dövlət bay­rağının dalğalan­dırılması, bayrağımızdakı səkkiz gu­şəli ulduzu tərən­nüm edən 8 helikopterin qrup halında uçuşları tədbiri daha da möhtəşəm edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA