12-06-2019 [00:02]
Qoç - Müsbət emosiyalar almağa elə can atırsınız ki, həyatın yalnız bu emosiyalardan ibarət olmadığını unudursunuz. Bu gün vəzifələrinizi unudur, verdiyiniz sözləri yadınıza salmaq istəmirsiniz. Üstəlik, belə yüngüllüyə görə kimsənin sizi cəzalandırmayacağından çox əminsiniz. Yeni tanışlarınızda müsbət təəssürat yaratdığınızdan yeni əməkdaşlıq, yaxud da eşq macərasının başlanması mümkündür.
Qarşı cinsin nümayəndələrinin diqqəti sizə çox xoşdur. Bəzən onu əldə etmək üçün özünüzü abdalcasına aparırsınız. Böyüklərin müdrik məsləhətlərini dinləyin, o zaman bir çox ciddi səhvlərdən qaça bilərsiniz.
Buğa - Yaxşı ideyalar və yeni planlar çoxdur, bunların reallaşdırılması qarşınızda yeni imkanlar açır. Düzdür, çox işləməli olacaqsınız, üstəlik, şərait də bir o qədər ürəkaçan olmayacaq. İntellektual potensialınız yüksəkdir, odur ki, hətta ən mürəkkəb məsələni qısa müddətdə həll edirsiniz. Uzunmüddətli planlaşdırma aparmaq olar.
Çox sakit və soyuqqanlısınız. Bu, işlərinizi yoluna qoymağa kömək edir, ancaq ətrafınızdakılarda xoş olmayan təəssürat yaradır. Çox hissiyyatlı olanlar isə sizin ümumiyyətlə daşürəkli olduğunuzu düşünəcəklər.
Əkizlər - Ünsiyyət və yeni tanışlıqlar üçün çox münasib gündür. Çox cazibədarsınız, bu, ətrafınızdakıların nəzərindən yayınmır. Yeni eşq macərasının başlanması ehtimalı böyükdür, amma hisslərin dərinliyi hələlik sual altındadır.
İşgüzar adamlar üçün gün yaxşı sayıla bilər: bizneslərini genişləndirə, sərfəli müqavilələr bağlaya bilərlər. Bürcün bütün nümayəndələri sürprizlərə, pul, dəyərli hədiyyələr almağa ümid edə bilərlər. Uşaqlar və qaraqabaqlıqları dillər əzbəri olan adamlarla asanlıqla dil tapırsınız.
Xərçəng - Xırda çətinliklər və problemlər çox olsa da, nə sizin əhvalınıza, nə də baş verən hadisələrə münasibətinizə təsiri olmayacaq. Düşmənlərinin üzərində tezliklə qələbə çalacaqlarından əmin olan Xərçənglər yanılmırlar, çünki doğrudan da, düzgün yanaşma nəticəsində istədiyinizə çata bilərsiniz, bir az ağlınızı işlətməyiniz gərəkdir.
Ev işlərilə məşğul olmaq faydalıdır, yaxınlarınız da sizə həvəslə kömək edəcəklər. Ümumi qayğılar birləşdirir. Sevdiyiniz insandan yardım istəməkdən çəkinməyin, o buna hətta sevinəcək.
Şir - Gözəl ideyalar, gələcək üçün maraqlı planlar yaranır. Əsas odur ki, onları reallaşdırarkən tələsməyib, daha yaxşı məqamı gözləyəsiniz. Bu gün mənfi tendensiyalar vaxtaşırı özünü büruzə verir, özü də sizin heç gözləmədiyiniz bir vaxtda.
Faydalı bir məlumat alaraq dərhal ondan yararlanacaqsınız. Sizin üçün çox dəyərli bir insanla rastlaşa bilərsiniz. Yaradıcı potensialınız yüksəkdir, müxtəlif şənlik və əyləncələrin təşkilində tayınız-bərabəriniz yoxdur.
Qız - Parlaq, yaddaqalan, üstəlik, məhsuldar və xoş gündür. Həyatınızı kökündən dəyişə bilərsiniz, yetər ki, istəyin. Faydalı məlumatlar vaxtında gəlir və yalnız intuisiyanın hesabına qərar verməyə gərək qalmır. Çox dəyərli məsləhətlər verirsiniz, bu, ətrafınızdakıların diqqətindən qaçmayacaq.
Bir şey pisdir: emosional fon qeyri-sabitdir, bu səbəbdən çox əsəbisiniz, xırda anlaşılmazlıqlara sərt reaksiya verirsiniz. Xüsusilə xeyli insanın çalışdığı kollektivdə işləyən Qızların işi çətin olacaq.
Tərəzi - Gərgin, təzadlı gündür. Fikirlərinizdə, planlarınızda və istəklərinizdə bir nizam yaratmağa nail ola bilmirsiniz. Eyni zamanda, düşmənləriniz sizi yanıldır, sizi idarə etməyə çalışırlar, özünüzü toplayın. İri alış-veriş etmək, daşınmaz əmlakın alqı-satqısı, yaxud icarəsi ilə bağlı sənədləri imzalamaq məsləhət deyil.
Zəngin fantaziyanız, hər bir işə yaradıcı yanaşma situasiyanı yaxşıya doğru dəyişməyə imkan verir. Cəhd göstərin, hər şey alınacaq. Qısamüddətli səfərlər üçün münasib gündür.
Əqrəb - İşlər sizin gözlədiyiniz kimi getmir. Planlarınız dağılır, yeni şəraitə uyğunlaşmaq lazım gəlir. Bir çox Əqrəblər özlərini köməksiz hiss edəcəklər, təbii ki, əhvalları da korlanacaq. Etibar etdiyiniz insanların dəstəyindən məhrum olmağınız işləri daha da çətinə salır.
İrimiqyaslı layihələri reallaşdırmağa çalışmayın, ümumiyyətlə, böyük işlərə girişməyin. Yaxınlarınız sizi düşünülməmiş hərəkətlərdən çəkindirməyə çalışırlar, onların məsləhətinə qulaq assanız, ağıllı iş görmüş olarsınız.
Oxatan - Diqqətinizə işə yönəltsəydiniz, çox şeyə nail ola bilərdiniz. Ancaq bu gün bürcün nümayəndələrini uğur deyil, ətrafdakıların təqdiri daha çox maraqlandırır. Qələbələrinizə diqqət çəkmək, özünüzün ən yaxşı cəhətlərinizi nümayiş etdirmək üçün çox əziyyət çəkməli olursunuz. Bu "faydalı" məşğuliyyət xeyli vaxtınızı və gücünüzü alır. Halbuki bunları daha səmərəli bir fəaliyyətə sərf edə bilərdiniz.
Özünüzlə, ətrafınızdakılarla dürüstsünüz, bəzən bu, xoşagəlməz situasiyalar yaradır, ancaq eyni zamanda qlobal problemlərin qarşısını alır. Vacib qərarlar verə, gələcək planlarınızı dəqiqləşdirə, nikaha girə bilərsiniz.
Oğlaq - Bu günün uğurları entuziazmla düz mütənasibdir. Əgər candərdi iş görürsünüzsə, heç bir nailiyyətə ümid etməyin. Ruh yüksəkliyi və nikbinlik isə istənilən problemi aradan qaldırmağa kömək edəcək. Faydalı əlaqələr qurmaq olar, bir çox məsələlərin həllində sizə yardım edə biləcək bir insanla tanış olmaq şansınız var.
Ailə problemlərinin həlli və aktual məsələlərin müzakirəsi üçün münasib gündür. Mürəkkəb situasiyadan çıxış yolu tapmağa nail olursunuz. Bugünkü davranışınız rəyinə hörmət etdiyiniz insanın diqqətini sizə yönəldəcək, təqdir olunacaqsınız.
Dolça - Ətrafınızdakılarla heç cür dil tapa bilmirsiniz. Bu həm işgüzar, həm şəxsi münasibətlərə aiddir. Bir çox Dolçalar o qədər anlaşılmazlıqla rastlaşırlar ki, demək olar ki, hamını özlərinə düşmən görürlər. Tamamilə yalqız qalmaq riski ilə üz-üzəsiniz. Pulları düşünmədən sərf edirsiniz, günün sonunda pulqabınız boşala bilər.
Sizə maraqlı olan işlərlə məşğul olaraq nəinki uğurlar qazanacaq, üstəlik, başqalarını da arxanızca aparacaqsınız: müştərək iş qarşılıqlı anlaşmaya yol açır. Sevən Dolçalara romantk gəzintilər, at üstündə gəzinti, su kənarında istirahət məsləhət görülür.
Balıqlar - Qələbə qazanmaq istəyirsiniz, amma bunun üçün heç bir iş görmürsünüz. Nə ağıllı, nə də sərfəil mövqedir. Ola bilsin ki, bəxtiniz gətirsin, ancaq doğrudan da, müvəffəqiyyət əldə etmək niyyətiniz varsa, o zaman işləyin. Tənbəllik, ehtiyatsızlıq, səliqəsizlik çoxsaylı xırda itkilərə yol açır.
Yaxınlarınıza qarşı diqqətli olun, onların yanında olmağa çalışın. Uşaqlarla daha çox vaxt keçirin, onlarla oynayın. Günün ikinci yarısı gözünüzə artıq görünən əşyalardan qurtulun.
Milli.Az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi