Prezident İlham Əliyev ATƏT PA-nın rəhbərini qəbul edib - FOTO

img

11-06-2019 [12:17]


Prezident İlham Əliyev bu gün ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tseretelini qəbul edib.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

 Görüşdə Azərbaycanda iqtisadi inkişafın sabitliyə xidmət etdiyi vurğulanıb, Bakıda mühüm beynəlxalq təbirlərin keçirilməsinin təkcə Azərbaycan üçün deyil, ümumilikdə region üçün önəm daşıdığı bildirilib.

Söhbət zamanı Azərbaycan-ATƏT Parlament Assambleyası əlaqələri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA