Qazaxıstanda həbslər davam edir - 2 gündə 700 nəfər saxlanılıb

img

11-06-2019 [10:57]


Qazaxıstanın ən böyük şəhərlərində - Nur-Sultan və Almatıda prezident seçkilərinin baykot edilməsini tələb edən etirazçıların keçirdiyi sanksiyalaşdırılmamış mitinqdə iki gün ərzində, təxminən, 700 nəfər saxlanılıb.

"İnterfaks" xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Oraz Nurdilda jurnalistlərə bildirib.

"İlk gündə (9 iyun - red.) 500 nəfər saxlanılıb, onlardan 400-nə qarşı inzibati protokol tərtib edilib. İkinci gündə, təqribən, 200 nəfər saxlanılıb. Onlardan 150-sinə qarşı inzibati protokol tərtib edilib", - DİN rəsmisi deyib.

Xatırladaq ki, Qazaxıstanda iyunun 9-da keçirilmiş prezident seçkisində Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, ölkənin hazırkı Prezidenti Kasım-Jomart Tokayev 70,76 faiz səs toplayıb. Seçici fəallığı 77,4% olub/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA