Prezident İlham Əliyev iki qanuna dəyişiklikləri təsdiqlədi

img

10-06-2019 [17:13]


Prezident İlham Əliyev "Yol hərəkəti haqqında” və "Notariat haqqında” qanunlara dəyişiklikləri təsdiq edib.

Mia.az xəbər verir ki, "Yol hərəkəti haqqında” qanunun 27-ci maddənin VI-I hissəsinin birinci cümləsinə "hüquqi şəxslər” sözlərindən sonra "(dövlət qurumları)” sözləri əlavə edilib. 

Qanunun 53-cü maddəsinin XIX hissəsinin ikinci cümləsində "xəta haqqında elektron protokol tərtib olunur” sözləri "tənbeh vermə haqqında elektron qərar çıxarılır” sözləri ilə əvəz olunub.

"Notariat haqqında” qanunun 32-ci maddəsinin doqquzuncu hissəsinin birinci cümləsinə "hüquqi şəxslərin” sözlərindən sonra "(dövlət qurumlarının)” sözləri əlavə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA