Qazaxıstanda seçkiyə etiraz: xalq küçələrə çıxdı, həbslər var

img

10-06-2019 [12:57]


Qazaxıstanda keçirilmiş prezident seçkilərinin rəsmi nəticələrinə etiraz edən bir qrup Almatı şəhərinin mərkəzi Astana meydanına toplaşıb.

"İnterfax” xəbər verir ki, hazırda polis və Milli Qvardiya tərəfindən mühasirəyə alınan meydan və yaxınlıqdakı bağ ətrafında polis aksiya iştirakçılarını saxlayır. İndiyədək 30-dən çox saxlanılan var.

Ötən gün həmçinin kütləvi etiraz aksiyalarının keçirildiyi paytaxt Nur-Sultan şəhərində də hazırda Gənclər (Jastar) meydanı və bəzi əsas küçələr polis tərəfindən nəzarətə götürülüb.

Xatırladaq ki, bu gün ölkənin Mərkəzi Seçki Komissiyası seçkilərin müvəqqəti dövlət başçısı Kasım-Jomart Tokayevin qələbəsi ilə başa çatdığını açıqlayıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA