Nazirin sistemdən xaric etdiyi rəis müavini kimdir?

img

09-06-2019 [14:02]


Məlum olduğu kimi, Bakının Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsində gənc vəkil Orxan Kəngərlinin fiziki şiddətə məruz qalmasında adı hallandırılan polis əməkdaşları cəzalandırılıb. 

Daxili işlər naziri Ramil Usubovun əmri hadisədə adı hallanan Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin rəis müavini Yalçın Yaqubov Daxili İşlər Orqanlarından xaric edilib. Təhqiqatçı Elnur Rəşidov isə tutduğu vəzifədən azad edilib.

Mia.az xəbər verir ki, bakupost.az işdən çıxarılan rəis müavini haqqında maraqlı məlumat yayıb.

Bildirilib ki, Yalçın Yaqubov Masallı rayonunun Yeddioymaq kəndindəndir. O, "Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalovun qardaşı ilə qudadır. 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA