İmişlidə benzin daşıyan avtomaşın partladı - VİDEO

img

07-06-2019 [23:30]


İmişlidə benzin daşıyan avtomaşın partlayıb.

Hadisə saat 19 radələrində İmişli rayon Qaravəlli kəndində baş verib. 

Qaravəlli kənd sakini Zeynalov Abdul Behdulla oğlu idarə etdiyi "Man" markalı benzin daşıyan avtomaşınla evinə gəlib. O, maşını həyətindən kənarda saxlayaraq evinə gedib. Bir qədər sonra avtomaşında yanğın başlayıb, daha sonra isə partlayış baş verib. 

Partlayış zamanı xəsarət alan olmayıb. Hadisə yerinə İmişli rayon yanğından mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib, alovun qarşısı alınıb.

Faktla bağlı araşdırma başlanılıb/Report. 






Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA