“Azərsu” rəhbərliyi rayonlarda vətəndaşları qəbul edəcək

img

07-06-2019 [15:53]


"Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov iyunun 14-də Quba şəhərində Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək.

ASC-dən Mia.az-a verilən məlumata görə, iyunun 17-də isə "Azərsu” sədrinin I müavini Teyyub Cabbarov Xaçmaz şəhərində sakinlərlə görüşəcək. İyunun 18-də Şabran şəhərində keçiriləcək qəbulda "Azərsu” sədrinin müavini Etibar Məmmədov Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbullar Quba, Xaçmaz və Şabran rayon sukanal sahələrinin inzibati binalarında keçiriləcək. Qəbullarda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbul üçün Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə "Azərsu” ASC-yə və office@azersu.az elektron poçtu vasitəsilə müraciət edə bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA