"Sizinlə görüşməyə şadam..." - Paşinyan Putinlə bir araya gəldi

img

06-06-2019 [21:40]


Peterburq beynəlxalq iqtisadi forumunda iştirak edən Ermənistanın baş naziri Nikol Paşinyan Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Mia.az Rusiya mediasına istinadla bildirir ki, Kremlin saytında verilən xəbərə görə, Rusiya-Ermənistan strateji tərəfdaşlığı, regional əməkdaşlıq və digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Paşinyan Rusiyanın lideri ilə Sankt-Peterburqda yenidən görüşməyə şad olduğunu vurğulayıb. Onun sözlərinə görə, Rusiya ilə münasibətlər planlı şəkildə inkişaf edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA