İki vaqon üçün niyə bu qədər vəsait ödənilib? - Qurbanov sualdan yayınıb

img

06-06-2019 [18:02]


Xəbər verdiyimiz kimi, bu ilin birinci rübündə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti (ADY QSC) Belarusdan 2 sərnişin vaqonu alıb.  

İki sərnişin vaqonu üçün isə ADY  30.384.560 (30 milyon 384 min 560) dollara ödəyib.  

Bu barədə məlumatı isə Dövlət Statistika Komitəsi yayıb.

Maraqlıdır ki, ötən ilin yanvar-mart aylarında Belarusdan 8 sərnişin vaqonu gətirilib. Onların bəyan edilən gömrük dəyəri idə 28.264.440 (28 milyon 264 min 440) dollar olub. 

Rəqəmlər arasında ciddi fərq var. Belə ki, ötən il hər vaqon üçün 3 milyon 533 min 55 dollar ödənildiyi halda, bu il 1 vaqona görə ADY Belarusiyaya 15 milyon 192 min 280 dollar ödəyib.

Yayılan məlumatı dəqiqləşdirmək üçün cebhe.info ADY-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova ilə əlaqə saxlayıb. 

S.Qədirova suallarına sorğu şəklində cavab verəcəyini və cavabı 3 iyun tarixində göndərəcəyini bildirib. 

Sorğu isə bu şəkildə olub: Yayılan məlumat doğrudurmu? Əgər doğrudursa, iki vaqon üçün niyə bu qədər vəsait ödənilib? Bu vaqonlarən özəllikləri nədir?

Ancaq ADY yenə də susqunluğunu qoruyub. Qurum bir vaqon üçün niyə 15 milyon dollar ödənildiyinin səbəblərini açıqlamaqdan yayınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA