Azərbaycanla Lixtenşteynin oyununda 1 dəqiqəlik sükut olacaq

img

06-06-2019 [10:42]


21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.

Yığmamız səfərdə Lixtenşteynin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Mia.az AFFA-ya istinadla bildirir ki, Eschen şəhərindəki "Sportpark Eschen Mauren" stadionunda, yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 21:00) keçiriləcək oyunu Şimali İrlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Oyundan əvvəl 1990-2007-ci illərdə UEFA-nın prezidenti olmuş Lennart Yohanssonun vəfatı ilə əlaqədar bir dəqiqəlik sükut elan olunacaq.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA