Hakimi belə döydülər - VİDEO

img

05-06-2019 [13:35]


Ukraynanın Zakarpatye vilayəti çempionatının VII turunda qalmaqal baş verib.

Mia.az "Report"a istinadla bildirir ki, "Karpatı" (Dubovoye) komandasının evdə "Polyana"ya 1:2 hesabı ilə uduzduğu matçdan sonra meydana azarkeşlər girib.

 Onlar baş hakim Valeri Şkuraya hücum ediblər. Referini yerə sərən fanatlar təpikləməyə başlayıblar. Ədalət təmsilçisini döyənlər arasında "Karpatı"nın keçmiş baş məşqçisinin olduğu da bildirilir.

Qeyd edək ki, bu, 2019-cu ildə Ukraynada hakimə hücum edildiyi ilk hal deyil. II Liqada "Niva" və "Polesye" arasındakı XXI tur matçında da meydan sahiblərinin fanatları baş hakim Denis Reznikovu döyüblər. Polisin müdaxiləsinə baxmayaraq, referi ciddi xəsarət alıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA