Deputat Nizami rayon Bələdiyyəsini hədəfə aldı: "... o zaman necə olacaq?"

img

04-06-2019 [16:21]


"Bakıdakı avtomobil dayanacaqları ilə bağlı əsasnamə olmalıdır”.

Bunu Milli Məclisin Regional siyasət komitəsinin sədri Arif Rəhimzadə deyib.

O, Bakının Nizami rayonunda yerləşən parkın yolunun şlaqbaumla kəsilməsindən şikayətlənib: "8-ci km qəsəbəsində I vitse-prezidentin tapşırığı ilə park salınıb. Amma kimsə avtomobillərin ora keçməməsi üçün şlaqbaum qoyub. Bu məsələdən bələdiyyələrin xəbəri var?!

Yəqin ki, orada yaşayanlar, avtomobilləri varsa, kart almalıdır. Tutaq ki, birinin ağır yükü var, taksi ilə gəlmək istəyir, bu zaman necə olacaq? Yaxud Təcili Tibbi Yardım maşını lazım olsa, bu məsələ necə tənzimlənəcək? 

Ümumiyyətlə, bu dayanacaqların bir əsasnaməsi olmalıdır”.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA