Cəbhədə monitorinq - İnsidentsiz başa çatıb

img

04-06-2019 [13:11]


ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a  verilən məlumata görə, bu gün Xocavənd rayonu ərazisində baş tutan monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfindən A.Kaspşiklə yanaşı, onun səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller aparıblar. 

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Martin Şuster keçiriblər. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA