Rəsədxanadan ayın görünməsi ilə bağlı açıqlama: "Axşam..."

img

04-06-2019 [12:52]


Şamaxı Astrofizika Rəsədxanası Yeni ayın görünməsi ilə bağlı rəsmi açıqlama yayıb. 

Rəsədxanadan Mia.az-a daxil olan məlumata görə, Yeni ay iyunun 3-də 14:03 dəqiqədə (Bakı vaxtı ilə) təzələnib:  "Təzələnmiş ayın Hilalının görünməsi yalnız Ekvatora yaxın ölkələrdə 14-16 saatdan sonra mümkün olur. Ekvatordan uzaq olan ölkələrdə isə 18-20 saatdan sonra təzələnmiş ayın Hilalını gözlə görmək mümkün olar. 

Odur ki, Azərbaycan Respublikasının üfüqündə Şəvval ayının Hilalı bu gün (axşam saatlarında 20:20 / 21:06 ərəfəsində) gözlə görünəcək".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA