Bakının bu ərazilərində sabah qaz olmayacaq - "Azəriqaz"dan xəbərdarlıq

img

03-06-2019 [20:41]


Bakının Nəsimi rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

Mia.az "Azəriqaz” İstehsalat Birliyinə istinadla bildirir ki, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yeni çəkilmiş diametri 400, 160 və 110 mm-lik polietilen qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar iyunun 4-də saat 10:00-dan təmir işləri tamamlananadək Nəsimi rayonu 1 və 2-ci Alatava, Tibilisi prospekti, 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə və H.Əliyev küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən zəruri təmir işlərinin Yasamal və Nərimanov rayonlarının bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür. Aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA