ATƏT PA-nın prezidentindən Qarabağ açıqlaması: "Təhlükəsizliyin artması üçün tədbirlər görülməlidir"

img

03-06-2019 [18:03]


"Gürcüstanın işğalının davam etməsi, Dağlıq Qarabağ münaqişəsi, Krımın qanunsuz birləşdirilməsi və Ukraynanın şərqində davam edən münaqişə də daxil olmaqla, Avropa təhlükəsizliyinin arxitekturası üçün çağırışlar transatlantik və ümumi Avropa əməkdaşlığının genişləndirilməsini tələb edir".

"Report" xəbər verir ki, bunu ATƏT-in Parlament Assambleyasının (PA) prezidenti Giorgi Tsereteli Bratislava şəhərində NATO Parlament Assambleyasının iclasında çıxış edərkən deyib.

"Münaqişələrin həlli üçün siyasi iradəni davamlı olaraq gücləndirməyə çalışırıq. Ona görə də bu gün sizi nüfuzunuzdan sülh və insanların həyatlarının normalaşması üçün istifadə etməni davam etdirməyə çağırıram. Gərginliklərin yalnız NATO astanasına qədər olmasına baxmayaraq, gələcəkdə əlavə yan təsirlərin qarşısının alınması və təhlükəsizliyin artması üçün tədbirlər görülməlidir", - ATƏT PA-nın prezidenti bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA