Esmira Orucova Avropa insan Hüquqları Məhkəməsinə müraciət edəcək
06-08-2009 [04:19]
?Avqustun 3-də məhkəməyə baxış prosesində belə qərara alındı ki, bu iddia hüquqi şəxsin, hüquqi şəxsə qarşı iddiası olduğu üçün işə 1 saylı İqtisad Məhkəməsində baxılacaq. Hakim Sərdar Mehrəliyev vəkilim Mənsum Bayramova deyib ki, sənədlər sabah ora göndəriləcək?.
Bu barədə Müstəqil İnformasiya Agentliyinə ?Həsrət Yolu? Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına qarşı qaldırdığı iddia ilə bağlı aparılan məhkəmə prosesinin gedişatı barədə açıqlama verərkən deyib: ?Mən çox istərdim ki, bu işə tez baxılsın. Mən inanıram ki, layihəmin müdafiəsində uğur qazanacam. Çünki mənim əlimdə yetərincə sənədlər var. Birinci layihəmin uğurla başa çatması ilə bağlı və 5 fevralda Şuraya təqdim etdiyim ikinci layihəmin bu gün nə dərəcədə zəruri olduğu haqda sənədlər də proses zamanı məhkəmə işinə əlavə ediləcək. Qalib gəlməyimiz nə qədər tez olsa, bir o qədər bizə xeyirdir. Çünki layihə çərçivəsində görüləcək işlər sırf əsirlikdən qayıdanlarla birlikdə olacaq. Layihədə qoyulan problem mənim şəxsi problemim yox, millətimin problemidir. Bu insanların ömürləri çox qısadır. Artıq 16-17 il əsirlikdən qayıdan insanlar mənəvi iztirablar və depressiyalar içində yaşayırlar. Onlar özləri könüllü orlaraq məhkəmədə iştirak etmək istəyirlər. Lakin mən onların sağlamlığına görə, istəmirəm ki, gəlsinlər. Çünki əsirlikdən qayıdan insanların heç biri psixoloji reablitasiya keçməyib?. Hüquq müdafiəçisinin sözlərinə görə, Sahib Məmmədov yenə də məhkəmədə cığal arqumentlər gətirdi: ?Bu dəfə məhkəmədə Şura tərəfindən Sahib Məmmədov və Vüsal Quliyev iştirak edirdilər. Sahib Məmmədov çalışırdı ki, məhkəmə bizim iddianı qəbul etməsin. Lakin hakim onu başa saldı ki, bu məhkəmə deyil, sadəcə məsələyə baxışdır. Əslində Sahib Məmmədovun məhkəməyə gəlməsi düzgün deyil. Çünki o, Dövlət Dəstəyi Şurasının Apellyasiya Komissiyasının sədridir. Həmin Apellyasiya Komissiyasıdır ki, aprelin 27-də mənim layihəmin ləğv olunması ilə bağlı Şuraya təqdimat verib. Sahib Məmmədov layihəmin ləğv olunmasında birnömrəli şəxsdir. Çünki o, şəxsən Şuradan xahiş edib ki, mənim layihəm ləğv olunsun. Halbuki ən bahalı layihəni özünə yazıb. Əslində, o, Apellyasiya Komissiyasının sədridirsə, Şuraya layihə təqdim etməsi düzgün deyil. O, bu yaxınlarda Cenevrədə BMT-nin İnsan Hüquqları Komitəsində Azərbaycanda baş verən hüquq pozuntuları ilə bağlı hesabat aparıb. Halbuki bu gün Azərbaycanda insanların hüquqlarını pozanların ən birincisi Sahib Məmmədovun özüdür?. E.Orucova onu da bildirib ki, əgər məhkəmə tərəfindən ona qarşı düzgün qərar verilməsə, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək: ?Mənim üçün məhkəmənin harada olması və hakimin kim olması maraqlı deyil. Məni əsas maraqlandıran məsələ ədalətli qərardır. Əgər ədalətli qərarla təmin edilməsəm, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəm?.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi