Şirkətə və vətəndaşlara xuliqanlıqla zərər vurmaqda təqsirləndirlən şəxsin işi məhkəməyə göndərilib

img

01-06-2019 [11:30]


Xuliqanlıq yolu ilə şirkət ofisinə və vətəndaşların əmlakına zərər vurmaqda təqsirləndirilən Mahir Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Mia.Az”ın xəbərinə görə, cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. 

Hakim Şəlalə Həsənovanın icraatında olan iş üzrə hazırlıq iclası iyunun 11-ə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin yanvar ayında Nəsimi rayonu Rəşid Behbudov küçəsi 142 D ünvanında baş verib. İttihama görə, Mahir Quliyev "Uni Capital " ASC-nin ofisinə hücum edərək oranın pəncərələrini qırıb, daha sonra içəriyə daxil olaraq ofisə ziyan vurub. Ofisdən çıxan M.Quliyev yol kənarında dayanan maşına da zərər vurub.

İş üzrə zərərçəkmiş şəxs qismində "Uni Capital " ASC, Söhrab Həşimov və Tahir Qəribov tanınıb.

M.Quliyevə qarşı Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb.  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA