Şəhid ailələri və görkəmli şəxsiyyətlərlə bağlı müzakirə aparılıb - Nazirlər Kabinetində

img

31-05-2019 [19:11]


Mayın 31-də Nazirlər Kabinetində görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın ilk iclası olub.

Mia.az xəbər verir ki, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun sədrlik etdiyi iclasda müvafiq dövlət qurumlarının rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb. 

Baş nazirin müavini bildirib ki, görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir: "Ölkə tarixində mühüm rol oynayan görkəmli ziyalılarımız, Vətənimizin müstəqilliyi uğrunda şəhid olanlar, şücaət göstərib Milli Qəhrəman adı qazananlar və onların ailə üzvləri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar. Xalq, vətən, dövlət qarşısında xidmətləri olan həmin şəxslərin bir çoxlarının adları müxtəlif qurumlara, təhsil, mədəniyyət ocaqlarına, küçələrə və s. verilir. Sözügedən məsələ ilə bağlı müvafiq icra orqanlarından Nazirlər Kabinetinə yeni təkliflər daxil olur. Bu təkliflər Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələri tərəfindən araşdırılır və nəticəsi barədə arayışla birlikdə baxılması üçün Komissiyaya təqdim edilir".

Daha sonra Komissiyanın iclasında təkliflərlə bağlı müzakirələr aparılıb. Komissiya üzvlərinin rəyləri nəzərə alınaraq yekun qərar qəbul edilməsi üçün zəruri tövsiyələr verilib.

Xatırladaq ki, Komissiya 2019-cu il aprelin 1-i Nazirlər Kabinetinin müvafiq qərarı ilə yaradılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA