Azərbaycan artilleriyaçıları cəbhədə döyüş atışları keçiriblər - VİDEO

img

31-05-2019 [16:25]


Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının cəbhəboyu zonada yerləşən bölmələrindən biri "Msta-S” özüyeriyən haubitsalardan döyüş atışları keçirib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, atışlar zamanı müxtəlif məsafələrdə quraşdırılmış şərti düşmənin döyüş texnikası və mühəndis fortifikasiyasını təqlid edən tamölçülü hədəflər məhv edilib.

Ekipajlar həmçinin mövqelərin dəyişilməsi və şərti döyüş zamanı hədəflərin koordinatlarının alınmasını məşq ediblər.

hədəflərin koordinatlarının alınmasını məşq ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA