İcra başçısı sakinlərlə görüşdü, tapşırıqlar verdi

img

31-05-2019 [14:21]


Mayın 30-da rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Bülbülə qəsəbəsi, Vüqar Bədəlov küçəsində yaşayan sakinlərlə M.Ə.Sabir adına Mədəniyyət evində növbəti səyyar görüşü olub.

Mia.az xəbər verir ki, görüşdə Bülbülə qəsəbəsi İƏD üzrə nümayəndəsi, Bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak edib.

Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov sakinlərə carin ilin əvvəlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, eyni zamanda problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılması və müavinətlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə tam dolğunluğu ilə məlumat verib.

Sonra Suraxanı rayonunda, o cümlədən Bülbülə qəsəbəsində görülməsi nəzərdə tutulan abadlıq-quruculuq işləri haqqında səyyar qəbul-görüşün iştirakçılarına məlumat verən rayon rəhbəri sakinləri narahat edən müxtəlif məsələlərə aydınlıq qətirdi, müvafiq izahatlar verildi və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verdi və onların həlli nəzarətə götürülüb..

 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA