31-05-2019 [11:59]
Azərbaycan Respublikasının Konstitusiyasına görə, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır.
Lakin son illərdə dünyada və ölkəmizdə radikal dini cərəyanların qorxu və şiddət yayan əməlləri ilə bağlı ciddi narahatlıqlar mövcuddur.
Din beynəlxalq terrorizmin başlıca "ilham mənbəyi” hesab olunur. Təəssüf ki, bəzən dünyanın ən humanist dini sayılan "İslam”ın adı terrorizmlə yanaşı çəkilir. Özünü islam dininə aid edən, əslində isə təməli islamdan tamamilə uzaq olan bəzi cərəyanlar dindən maddi və siyasi məqsədlər üçün istifadə edirlər. Onların dünyanı lərzəyə salan hərəkətləri islamafobiyanın genişlənməsinə səbəb olub.
Mia.az xəbər verir ki, "Qadın Liderliyi Uğrunda” İctimai Birliyi bütün bunları nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qadınların radikal dini cərəyanlar barədə maarifləndirilməsi mövzusunda tədbirlərin təşkili” layihəsini həyata keçirir.
Layihənin məqsədi Azərbaycan qadınlarının ölkəmizin milli təhlükəsizliyinə təhdid olan radikal dini cərəyanlar və onların təsirlərindən qorunmaq istiqamətində maarifləndirilməsi, bu cərəyanlarla mübarizəyə təşviq edilməsidir.
Layihə çərçivəsində həmçinin təhsil müəssisələrində radikal dini qruplaşmalar əleyhinə təbliğati işlərin görülməsi nəzərdə tutulur. Bu təbliğatın stimullaşdırılması məqsədilə məktəblilər arasında aşağıdakı mövzularda inşa və rəsm müsabiqəsi keçirilir.
Müsabiqənin mövzuları:
- Cəhalətlə siyasət arasında;
- Niyə radikal dini cərəyanların ən böyük düşməni qadınlardır;
- Radikal dini cərəyanlar bəşəriyyətə yalnız faciələr gətirir;
- Dini radikalizm qadınlara qarşı təhdid vasitəsi kimi;
- Fanatizmdən terrorizmə doğru qorxunc yol;
- Xurafatçı və radikal dini cərəyanlar islamafobiyanın elementi kimi.
Müsabiqənin şərtləri və qaydaları:
Müsabiqədə iştirak etmək istəyən orta məktəblərin 8, 9, 10 və 11-ci sinif şagirdləri bu mövzulardan birini seçərək ona aid inşa yaza, yaxud rəsm (həmçinin karikatura) çəkə bilərlər. Müsabiqədə Respublikamızda fəaliyyət göstərən bütün orta təhsil müəssisələrinin yuxarı sinif şagirdləri iştirak edə bilərlər.
Yazılmış inşanın kompüterdə (Azərbaycan şriftləri ilə 12 ölçüdə, 1 A4 ölçülü vərəqdən çox olmayaraq) yığılmış mətni, rəsmin (ölçü A3-dən böyük olmayaraq) skanerdən çəkilmiş surəti təşkilatçının e-mailinə göndərilməlidir. İnşa və rəsmlə yanaşı, müəllifin adı, soyadı və atasının adı, oxuduğu məktəb və sinif, yaşadığı ünvan və işlək telefon nömrələri barədə məlumatlar da müvafiq e-mailə göndərilməlidir.
Müsabiqəyə təqdim olunan inşa və rəsmlər müsabiqə başa çatdıqdan sonrakı 10 gün müddətində ekspertlər tərəfindən 10 ballıq sistem üzrə qiymətləndiriləcək. Ən çox bal toplamış 4 şagirdə (2 nəfər inşa və 2 nəfər rəsm üzrə) müvafiq mükafat və diplomlar veriləcək, müsabiqədə fərqlənən şagirdlər isə həvəsləndirici diplomlarla təltif ediləcəklər. Müsabiqənin nəticələri KİV-də və layihənin Facebook səhifəsində yayımlanacaq. Qaliblərə mükafatlar təşkilatın müəyyən etdiyi tarixdə və yerdə təqdim ediləcək.
Müsabiqəyə 31 may 2019-cu il tarixindən start verilir. Müsabiqə 9 iyun 2019-cu il tarixində (24:00-da) başa çatır. Müsabiqənin vaxtı bitəndən sonra göndərilən inşa və rəsmlər müsabiqəyə buraxılmayacaq.
Müsabiqədə hər bir şagird yalnız 1 inşa, yaxud 1 rəsmlə iştirak edə bilər.
Müsabiqəyə təqdim edilən inşa və rəsmlər leaderwoman@gmail.com və ulker2007@list.ru ünvanlarına müsabiqə müddətində (31 may 2019-cu ildən 9 iyun 2019-cu il saat 24:00-dək) sutkanın 24 saatında göndərilə bilər.
Əlavə suallar yarandıqda hər gün saat 09:00-dan 18:00-dək bu telefonlara zəng edə bilərsiz: 050 337 80 71, 055 207 54 90
Bütün şagirdləri müsabiqədə fəal iştiraka dəvət edir, müəllim və valideynləri öz şagird və övladlarını bu müsabiqədə iştiraka həvəsləndirməyə, inşa və rəsmlərin kompüterə köçürülərək təşkilatçıya göndərilməsində onlara kömək etməyə çağırırıq!
Hörmətlə,
Ülkər Abdullayeva,
"Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin sədri
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi